Amerika Birləşmiş Ştatlarının pul vahidi dollar Türkiyədə bahalaşmaqda davam edir.
Türkiyə mətbuatı xəbər verir ki, bu gecə beynəlxalq maliyyə bazarlarında Türkiyənin milli valyutası lirənin ABŞ dollarına qarşı məzənnəsi 5,42-yə çatıb.
Hazırda isə lirənin dollara nisbəti 5,27-dir.
Lirənin avroya qarşı da məzənnəsi kəskin ucuzlaşıb. TRY/EUR nisbəti 6,27-yə çatıb, hazırda isə 6,09-dur.
.
