ƏSLİNDƏ İNSAN DA GÖZƏ GÖRÜNƏN BİR XƏYALDIR, YARADANIN XƏYALI

Necə yanğınlar söndürdüm
Ürəyimdə
Susuzluqdan çat-çat olan
Dodaqlar kimi oldu ürəyim
Adını heca-heca keçirdim o çatlardan
Səni çat verməyən bir istəklə
Sevdim
Mən səni ölənə kimi deyil
Əbədiyyətə qədər sevdim.

Tural Balabəylinin lirik qəhrəmanı əslində öz mənidir. Şeir-şeir, misra-misra ruhunu hopdurur misralara. Hələ açılmamış solan pöhrə duyğuların tumurcuqlayan şərhidir bu gorüntü. Eşq şərabının hərarətindən urəyinə su icirən hisslərinin göz önündə ucu-bucağı bilinməyən eşq səhrasının cadar-cadar olan könül adlı torpağıdır, onun xəyal dünyası. Sevgisinin ismini belə çəkərkən od tutub yanan dodaqlarındakı çatlardır. Onu ölümsüzlüyə məhkum edən və əbədiyyət gunəşinin nurudur, onun ruhunu özünə doğru aparan bu eşq!

Yaza bilmədim, susubdur urəyim,
Sona gəldim deyəsən
Sənə həsr elədiym heç nə
Yadıma düşmur…

Fizuli eşqinin dühasıdır bu notlar. Son məqam, son görünüş sonsuzluğun sonluğa varmasıdır. Yalnız şair bu məqamda Allaha qo vuşduğunun dərkinə varır. Əslində isə cismən özünü yox kimi sansa da varlığının varlığa qovuşduğunun şirin acısını dadar. O, ruhunun əksini aynada gorurmuş kimi ozundə gorər və sonsuzluğa dalar.

Nə şirinmiş bu acı tanrım…
O, deyir:
İnanımmı susan urəyimə?
Yaza bilməyən qələmimə?
İstəyirəm ki, illər tez keçsin
Tez yaşayım sənsiz olan bu ömrü
Gəlsin kecsin bir göz
Qırpımında!
Bir nəfəs alış qədər az
Bir vaxtda

Yaradıcı inasanın ruhu, özünü kəşf etmək qədər, fikirlərinin işıq surəti ilə özünü ötməsinimi anlayır? Əsla yox. Bu həqiqətdə belədir lakin, ruhun yaddaşına hopan ağrının acısı, onu daha necə muşahidə edəcəyinin fərqinə varır. Bunu əslində dərk edir insan. Bəs nədir qurtuluş, bəs nədir o haqq, eşq ilahəsinə qovuşmağın sirri?
Tanrının ol kəlməsindən, yaranmış insan, hansı məqama dönəcəyinin yoxsa fərqinə varmır? Bu ilahiyə qovuşmağın yoludur!!!

Hər yağış damlasında sən varsan
Bu yağan yağışda
Və yaxud
Mən də yağdım xəyalına…
Yaradıcı ruhun təbiyətlə təması, cazibə quvvəsi, ruhunun oyanışı, özünün özunə qayıdışı, özündən qopması, inkarı və nələ-nələr….

Əslində insan da gözə görunməz xəyaldır, yaradanın xəyalı.
Bu xəyal yağışının altında rəqs edən duyğularsa, insan ruhunun sinfoniyasıdır. İlahi sinfoniyası.
Dünən də beləydi,
Bugünün sənə olan
Həsrətini yaşayırdım.

Bəzən insan reallıqdan cox xəyalı anların yaşantısının məhkumudur. Nədir insanı içində itirən bu həsrət acısının anlamı? Sevgisimi, Allahımı, ozunu dərk etmə ehtirasımı, mənini axtarışımı, məninə qovuşarkən yoxluqda və yoxluğun varlığıda ozunu tapmasımı? Bu ilahi nurdur. Nura qovuşmaq və nura qərq olmaqdır.
Həqiqətdə isə insan tanrının söz adlı kəlməsidir. Hərəsi bir ggörüntüdə özun təzahür edir.

Dilimdən nəğmlər
Gözumdən yaşlar da,
Bu həsrətin nişanəsi idi.
Bu bədən, bu əl, barmaqlar
Adını pıcıldayan dodaqlar …
Həsrət idi sənə.

Həsrətlə süslənimiş insan ruhunun tərcumanıdır bu hallar. İnsanın özünə catmaq həsrəti və bu təması dadması mənində məninə qovuşması. Eşqin ilahi təzahürünün forması… Bəli, təpədən dırnağa qədər eşq ilə yoğrulan insan ruhunun canlı goruntusu.
Tural yazır:

Xatırlamıram səni
Görmədim hec
Tanımıram səni
Guya səninlə gəzmişəm
Bu küçələri
Hardan uydurdular bu yalanları
Bilmirəm ki,
Mən səni tanımıram!
Mən bir az sənə bənzəyən
Lakin daha vəfalı
Birini xatırlayıram…

Budur eşq, budur əsil həqiqət qovuşarkən əslində onun ruhunda ilahinin təcalla etməsidir eşq və insanın gözləri önündə yox olamsıdır. Onun həqiqiliyini anladan haqqın varlığıda tapmasıdır eşq və o an cismanı ehtirasların bir yalan olmasını anlamasıdır eşq.

Dünən gecə ağlayırdım
Heç olmadığım
Qədər ehtiyacım
Var idi sənə
Telefonu əlimə aldım
Qısa bir mesaj yazdım
"Sənə ehtiyacım var”
Sonra ağlayarkən yuxuya getmişəm;
qə sənə cavab yazmağa belə
qıymamısan…

Görəsən sevmək xoşbəxtlikdir yoxsa sevilmək. Sevilən insan hec bir zaman qarşı tərəfin kecirdiyi hisslərin fərqinə belə vara bilməkdə acizdir. Lakin sevmək ilahinin bir lütfü olaraq sevən insana bəxş olunmuşdur. Yalnız o, bu ilahi məqama yüksələ bilər. Yalnız o, necə müqəddəs bir hiss olduğunu anlaya bilər.
Turalın qəhrəmanı kimi.

… Mənim sənə bu məktubumu
yazdığımı,
hiss edəcəyini bilirəm.
Mən yazarkən içinin ürpəndiyini,
Gülən üzünün hüzünləndiyini,
Danışan dilinin susqunluğunu,
Ağlının qarışdığını
qəlbinin həyacanla döyündüyünü
hiss edirəm…
Bəlkə sırf bu səbəbdən yazıram;
sanki bu yazılarımla sənə
toxunuram…
Bu məktubu göndərməyəcəyəm –
çünki sahibin bilmirəm…
Səni sevirəm;
amma kimsən bilmirəm
Səni mən yaşatdım sən yoxsan.

Turalın içindəki sevgiyə yanaşma tərzidir bu. Əslində insan dunyaya göz açdığında görub dərk etmədiyi, körpə məsumluğunu daşıyır içində, lakin bunun fərqinə belə varmır. Xəyallar qurur xəyallarındakı müqəddəs hisslərlə yaşayır. Onun varlığına ozunu inandırmağa çalışır. Ağ atlı oğla misalı sanki nağıllardan cıxıb gələcək o, ilahi varlığın yolunu gozləyir.
Turalın qəhrəmanlarının əsasən saflıq, paklıq, ülvilik simvolu kimi şeirdə özunə məxsusluğu ilə diqqəti cəkir, lakin dünyəvi ehtirasların qurbanı oaln xəyanətlərlə uzləşən qəhrəmanlar da vardır ki, bu da onun şeirlərində artıq şəkildə biruzə verir.

Xəyanət
köhnə bir silahın
mərmisinə bənzər…
Yenidən doldurur,
yenidən çək tətiyi ..
Sənmi öldurəcəkdin,
məni və kecmişi!
Təəsüf;
mərmi işləmiş urəyimə…
xəyanətlə vur məni;
Vur ki, ölsün bu sevgi…
Yaxudda bunun tam əksi olaraq.
"Unutdum” deyirsən artıq
ətrafındakılara.
Sən kimi aldadırsan?
O qədər asandı unutmaq?
Hər "unutdum”
Cümləsinin altında
"Çox darıxıram, unutmadım”
cümləsi var.

Turalın şeirlərində səmimiyyət hiss ediləcək dərəcədə insanı təsir altına alır. Məs elə buna görə də onun ruhunun paklığına, sözünün işığına etinasız qalmaya bilmirsən. Onun çox sadə dildə yazdığı, lakin dərin məna kəsb edən bir şeirində dediyi kimi.

Sevgi lövhəsi
Bax gözlərimə
başa düşən
dildə
yazmışam-
"Səni sevirəm”.
.