Cənubi Koreyanın Pusan şəhərində ABŞ Prezidenti Donald Tramp və Çin xalq Respublikasının Sədri Si Cinpin arasında 1 saat 40 dəqiqə davam edən danışıqlar yekunlaşıb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Danışıqların əvvəlində Si Cinpin ikitərəfli münasibətlərin mütərəqqi inkişafına çağırıb.
O, həmçinin qeyd edib ki, Çin və ABŞ müzakirəçiləri ticarət və iqtisadi fikir ayrılıqlarının həlli ilə bağlı ciddi konsensusa nail olublar. Tramp da öz növbəsində Si Cinpinlə görüşünün çox uğurlu olacağına əminliyini ifadə edib.
Bu danışıqlardan əvvəl Tramp və Si Cinpin 2019-cu ildə Osakada keçirilən G20 sammiti çərçivəsində görüşüblər.
.
