ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın və onun ailəsinin gündəlik mühafizəsi amerikalılara 1 milyon dollara başa gəlir.


Yenizaman.az bildirir ki, CNN Nyu-York meriyasındakı mənbəyə istinadən belə xəbər yayıb.

Bu məbləğə həm ABŞ-ın 45-ci prezidentinin özünün, eləcə də onun arvadı, uşaqları və çoxsaylı nəvələrinin mühafizəsinin xidmət haqqı daxildir.

"Bu vacib işdir, o, kifayət qədər vəsait tələb edir”, - Nyu-Yorkun meri Bill De Blazio bildirib.

Onun sözlərinə görə, yaxın zamanda bununla bağlı federal hökumətlə danışıqlara başlanılacaq.

.