ABŞ prezidenti Donald Trampın vaxtilə seçki qərargahının başçısı olmuş Pol Manafort istintaqla əməkdaşlığa razılıq verib.

"Reuters” xəbər verir ki, o, ölkəsinə qarşı sui-qəsd və ədalət məhkəməsini əngəlləmək cəhdi ilə bağlı günahını etiraf etməyə hazırdır.

P.Manofort ABŞ-a qarşı sui-qəsddən başqa, 30 milyon dollardan artıq vəsaitin "yuyulması” və yalan ifadə vermək kimi əməllərdə də ittiham olunur.
.