ABŞ prezidenti Donald Tramp G20 zirvəsində öz yerinə qızı İvanka Trampın əyləşməsini tənqid edənlərə Tvitter hesabından cavab verib.
Prezident bu tvitində Bill və Hillari Klintonların qızı Çelsini hədəfə alıb.
D.Tramp müzakirələrdən bezərək "Hillari Klinton ölkəni satarkən qızı Çelsi Klintonun öz yerində əyləşməsini istəsəydi, "yalançı” media "ÇELSİ PREZİDENTDİR” deyə yazardı” tvitini atıb.
Ardınca isə "bu, standart bir tətbiqetmədir. Yaponiya və digər ölkələrlə görüşmək üçün salondan ayrılarkən qızımın yerimdə əyləşməsini istəmişəm. Bu tətbiqi Angela Merkel də təsdiq edib”, açıqlamasını verib.
Çelsi Klinton isə hazırki prezidentin iynələyici tvitinə cavabsız qalmayıb:
"Günaydın, hörmətli prezident. Mənim anam və ya atam heç vaxt məndən belə bir şey istəməzdi. Yoxsa, siz ölkəni satırsınız? Ümid edirəm, bu, doğru deyil”(Publika)
.
