Trampın iqtisadi məsələlər üzrə müşaviri Federal Ehtiyatlar Sisteminin (FED) fəaliyyətini tənqid edib.
ABŞ-ın 45-ci prezidenti Donald Tramp seçildikdən sonra dünyada iqtisadi proseslərdə dəyişikliklər baş verib.
AzNews.az CNBC kanalına istinadən xəbər verir ki, Devid Malpas FED-in fəaliyyəti nəticəsində iqtisadi artımın aşağı olduğunu bəyan edib:
"Biz FED-in fəaliyyətini araşdırıb, nəyi səhv etdiklərini tapmalıyıq.”
Trampın müşaviri bəyan edib ki, FED dekabr ayında uçot dərəcəsini artıracaq. Onun sözlərinə görə, Donald Tramp prezidentliyi dövründə əsas diqqəti kiçik biznesdə məşğulluğun artmasına yönəltmək fikrindədir.
