ABŞ prezidenti Donald Trampın əhalisinin çoxu müsəlmanlar olan 6 ölkənin vətəndaşlarına və bütün qaçqınlara tətbiq etdiyi viza almaq məhdudiyyəti rəsmən qüvvəyə mindi.

Yeni qanunlara görə ABŞ-da ailə yaxınları (nənə, baba, xala, bibi, dayı ailə yaxınları hesab edilmir) və iş münasibətləri olmayan İran, Liviya, Suriya, Somali, Sudan, Yəmən vətəndaşlarına, habelə bütün qaçqınlara ABŞ-a giriş üçün viza verilməyəcək və girişlərinə məhdudiyyət qoyulacaq.
Qeyd edək ki bu vaxta qədər ABŞ Məhkəməsi Trampın 6 ölkə vətəndaşlarına tətbiq etdiyi məhdudiyyətin qismən həyata keçirilməsinə icazə vermişdi.
D.Trampın "milli güvənliyimiz üçün böyük bir zəfər” kimi qiymətləndirdiyi bu qərara qədər isə 27 yanvarda imzalanmış 7 ölkə vətəndaşlarına 90, qaçqınlara 120 gün ölkəyə giriş qadağası təbiq edilirdi.

.