ABŞ Konqresinin Kaliforniya ştatından olan demokrat üzvü Bred Şerman prezident Donald Trampın impiçmentini tələb edən qanun layihəsini təqdim edib.

Qanun layihəsində dövlət başçısının Rusiyanın prezident seçkilərinə müdaxiləsinin araşdırılmasına əngəl törətdiyi iddia olunur.
Qeyd edilir ki, Tramp seçki kampaniyası zamanı Rusiya ilə gizli müqavilə bağladığı barədə iddiaların araşdırıldığı bir vaxtda Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Komini işdən çıxarmaqla istintaqa mane olub və böyük cinayət törədib.
Konqresdən keçməsi ehtimalı az olsa da, qanun layihəsi Trampın impiçmenti tələbi ilə hazırlanan ilk rəsmi sənəd kimi qeydə alınıb.
Konqresdəki demokratlar qanun layihəsini sakit qarşılayıblar. Ağ Evin reaksiyası isə çox sərt olub.
Səsverməyə çıxarılacağı halda respublikaçıların sənədə qarşı səs verəcəyi gözlənilir.
.