Venesuelanın “Sülhə nail olmaq” təşəbbüsü çərçivəsində siyasi məhbusları azad etməsi çox vacib və ağıllı jestdir.
Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində bildirib.
O qeyd edib ki, ABŞ və Venesuela xüsusilə neft-qaz infrastrukturunun daha böyük, daha yaxşı və daha müasir formada yenidən qurulması ilə bağlı yaxşı əməkdaşlıq edirlər.
“Bu əməkdaşlıq sayəsində əvvəlcə gözlənilən ikinci hücum dalğasını ləğv etmişəm, bu dalğanın artıq lazım olmayacağı görünür. Buna baxmayaraq, təhlükəsizlik və mühafizə məqsədilə bütün gəmilər öz yerlərində qalacaq”, - Tramp vurğulayıb.
Onun sözlərinə görə Amerika şirkətlərini Venesuelanın neft-qaz sektoruna böyük sərmayələr qoymağa təşviq edəcək:
“Böyük neft şirkətləri tərəfindən ən azı 100 milyard dollar investisiya qoyulacaq və bu gün mən həmin şirkətlərin rəhbərləri ilə Ağ Evdə görüşəcəyəm”.
.
