ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə Cənubi Koreyada görüşəcək.

Bu barədə Tramp “Fox News”a müsahibəsində deyib.

“Biz növbəti həftələrdə onunla (Si Cinpinlə) görüşəcəyik. Biz Cənubi Koreyada görüşəcəyik”, - Tramp bildirib.

ABŞ və Çin liderlərinin görüş zamanı iqtisadi məsələləri, o cümlədən tarif vergilərini müzakirə edəcəyi gözlənilir.

.