Amerika Birləşmiş Ştatları hökumətinin ehtiyatsız siyasəti ucbatından yaxın aylarda III Dünya Müharibəsinin başlaması riski yüksəkdir.

RSBN media şirkəti bu sözləri ABŞ-da prezidentliyə namizəd Donald Trampın dediyini bildirib.

“Mənim növbəti üç-dörd ay üçün narahatlığım odur ki, biz hökumətdə olan insanlara görə dünya müharibəsinin başlamasının şahidi olacağıq”, - deyə Tramp Kaliforniyada tərəfdarları ilə görüşdə deyib.

Görüş zamanı Tramp yenidən Ukraynadakı münaqişəyə, həmçinin Yaxın Şərqdəki xaosa son qoyacağına söz verib.
 

.