Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ukraynaya təxminən 300 milyard dollar yardım ayrılmasını tənqid edib.
Bu barədə ABŞ-ın keçmiş prezidenti “Fox News”a müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ-da qasırğa qurbanları fövqəladə ehtiyaclar üçün cəmi 750 dollar alır.
Tramp həmçinin bəzi ştatlarda, xüsusən də Şimali Karolinada təbii fəlakətlərin nəticələri ilə bağlı səlahiyyətlilərin rəftarından narazılığını ifadə edib:
“Şimali Karolinada kömək edəcək adam yoxdur. Bu dəhşətli vəziyyətdir. Bir adam daşın üstündə oturmuşdu, çünki heç nəyi qalmamışdı”.
.