Üç milyonadək qeyri-qanuni mühacir ABŞ-dan deportasiya ediləcək
 
APA-nın xəbərinə görə, bunu ABŞ prezidenti seçilən Donald Tramp CBS telekanalına müsahibəsində bəyan edib.
 
"ABŞ-da qeyri-qanuni mühacir kimi yaşayan kriminal keçmişli şəxslər, narkotika alverçiləri, quldur dəstələrinin üzvləri deportasiya ediləcəklər. Belə insanların sayı çoxdur, təxminən 2-3 milyon nəfərdir. Mən bir daha qeyd etmək istəyirəm ki, söhbət ABŞ ərazisində  qeyri-qanuni yaşayanlardan gedir”, deyə D.Tramp bildirib.
 
O həmçinin mühacirlərin qarşısının alınması üçün ABŞ-Meksika sərhəddində divar çəkilməsinin zəruriliyini vurğulayıb.
.