ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı tətbiq olunan sanksiyaların müddətinin daha bir il uzadılmasına dair qərar verib.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Rəsmi Vaşinqton Suriyaya qarşı sanksiyaları 2004-cü ildən etibarən tətbiq etməyə başlayıb.
Bildirilir ki, Ağ Ev administrasiyası qərarla bağlı Konqresə müvafiq sənəd ünvanlayıb.
.
