Tramp sui-qəsd cəhdindən sonra təhlükəsizlik qüvvələrinə təşəkkür edib və yaralılara başsağlığı verib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp sui-qəsd cəhdindən sonra ilk açıqlamasını “Truth” sosial şəbəkəsindəki şəxsi hesabından verib.

Siyasətçi atışmaya operativ reaksiya verdiyinə görə ABŞ Məxfi Xidmətinə və hüquq-mühafizə orqanlarına təşəkkür edib, həmçinin mitinqdə həlak olanların və yaralananların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, bundan əvvəl Trampın oğlu atasının vəziyyətinin yaxşı olduğunu demişdi.

Tramp təbliğat proqramını dəyişməkdən imtina edib

Tramp əvvəlcədən planlaşdırıldığı kimi Respublikaçılar Partiyasının seçkiqabağı qurultayında iştirak edəcək.

Donald Tramp sui-qəsd cəhdindən sonra Respublikaçılar Partiyasının iyulun 15-də Miluoki şəhərində baş tutacaq seçki qurultayında iştirak etmək planlarını dəyişməkdən imtina edib.

TASS xəbər verir ki, bu barədə Respublikaçıların Milli Komitəsinin həmsədrləri Maykl Uetli və Lara Trampın bəyanatında deyilir.

“Prezident Tramp konvensiyamızın işini davam etdirmək üçün Miluokidə sizinlə görüşməyi səbirsizliklə gözləyir. Ziyarətçilər artıq Viskonsin ştatına gəlməyə başlayıblar və biz Respublikaçı Milli Komitə ilə işləməyi səbirsizliklə gözləyirik", - bəyanatda deyilir.

Qeyd edək ki, qurultayda Tramp rəsmi olaraq ABŞ prezidentliyinə namizəd kimi irəli sürülməlidir.

.