ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın Pxenyana səfər etmək dəvətini qəbul edib. "RİA Novosti” verdiyi xəbərə görə, Kim Çen In, öz növbəsində, D.Trampın Vaşinqtona səfər dəvətini qəbul edib.
"İki ölkə lideri məmnuniyyətlə bir-birinin dəvətini qəbul edib. Onlar qarşılıqlı səfərlərin KXDR-ABŞ münasibətlərinin normallaşdırılmasında mühüm hadisə olacağına əminliklərini ifadə ediblər”, - deyə Şimali Koreyanın dövlət xəbər agentliyinin məlumatında bildirilir.
.
