ABŞ Prezidenti Donald Tramp İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasına kömək edə biləcəyinə əmindir.

O, bu barədə “Time” jurnalına müsahibəsində bildirib.

"Düşünürəm ki, Səudiyyə Ərəbistanı “İbrahim” sazişlərinə (İsrail və ərəb ölkələri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutur) qoşulacaq və bu, çox tezliklə baş verəcək”, - o qeyd edib.

“İbrahim” sazişləri Trampın birinci prezidentliyi müddətində 2020-ci ildə ABŞ-nin iştirakı ilə İsrail və üç ərəb ölkəsi - Bəhreyn, BƏƏ və Mərakeş arasında imzalanıb. 2021-ci ilin yanvarında Sudanın bu sazişlərə qoşulması prosesi başlasa da, tam başa çatmayıb. Bir neçə ərəb ölkəsi də bu sazişlərə qoşulmaq imkanını nəzərdən keçirirdi, lakin 2021-ci ildə Ağ Ev administrasiyasının dəyişməsi ilə əlaqədar bu proses dayandırılıb.

.