ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanunu imzalayıb.

Bu barədə "Bloomberg" məlumat yayıb.
Qeyd edək ki, bir gün əvvəl vitse-prezident Mayk Pensə istinadən D. Trampın sanksiyalar barədə qanunu imzaladığı barədə xəbər yayılmışdı. Lakin az sonra bu xəbər təkzib edilib və M. Pensin prezidentin qanunu tezliklə imzalayacağını söylədiyi açıqlanıb.

.