ABŞ Prezidenti Donald Tramp Rusiya tankerlərinin ələ keçirilməsi ilə bağlı verdiyi qərarın çətin olmadığını deyib.

OA, bu barədə “Fox News”a müsahibəsində deyib.

“Mən bu qərarın çətin olduğunu düşünmürəm. Fakt budur ki, tankerin yaxınlığında Rusiyanın bir destroyeri və bir sualtı qayığı var idi. Biz oraya çatan kimi onlar cəld şəkildə ərazini tərk etdilər”,- Tramp qeyd edib.

ABŞ lideri tankerin ələ keçirilməsindənm sonra Putinlə əlaqə saxlayıb-saxlamadığı barədə suala isə cavab vermək istəmədiyini bildirib.

Qeyd edək ki, iki gün əvvəl Rusiya bayrağı daşıyan "Bella 1” tankeri Atlantik okeanında ABŞ tərəfindən ələ keçirilib.

.