Amerika tərəfi Rusiya ilə kommunikasiyanın ikitərəfli kanallarının bərpası üzərində işləyir.
Bu haqda Ukraynanın ZN.ua saytı yazıb.

Saytın yazdığına görə, Rusiya ilə iş üzrə xüsusi qrupa yalnız siyasətçilər deyil, həm də ABŞ Müdafiə Nazirliyinin nümayəndələri daxil olacaq.
"Amerikalılar Nuland-Surkov (ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə sabiq köməkçisi və Rusiya prezidentinin köməkçisi) tandeminə əvəzetmə axtarırlar. Bizim informasiyamıza görə, Tillersonun masasında hazırda beş namizədin adı var”, - sayt bildirib.

.