ABŞ Prezidenti Donald Tramp keçmiş vitse-prezident, hazırda prezidentliyə namizəd Co Baydenin idrak qabiliyyətləri testindən keçməli olduğunu bildirib.

Bu barədə “Fox News” məlumat yayıb.

“Əgər sən prezidentsənsə, iti ağıla sahib olmalısan”, - deyə D.Tramp bildirib.

D.Tramp özünün də müvafiq testdən ötən il keçdiyini bildirib və testin nəticəsinin yaxşı olduğunu vurğulayıb.

D.Tramp, həmçinin, Rusiya Prezidenti Vladimir Putinin, Çin lideri Si Cinpinin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iti ağıla sahib olduqlarını qeyd edib.

.