ABŞ-nin keçmiş lideri Donald Tramp Filadelfiyada (Pensilvaniya) tərəfdarlarının mitinqində söz verib ki, prezident seçkisində qalib gələrsə, vəzifəsinə rəsmən başlamazdan əvvəl Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olacaq.

"Oval kabinetə girməmişdən əvvəl, prezident seçkisində qalib gələndən sonra mən Rusiya ilə Ukrayna arasındakı dəhşətli münaqişəni həll edəcəyəm", - deyə Tramp əmin edib.

Xatırladaq ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək. Seçilmiş prezidentin andiçmə mərasiminin isə 2025-ci il yanvarın 20-də baş tutacağı gözlənilir.

.