"ABŞ prezidenti Donald Tramp martın 20-də baş tutan telefon danışığı zamanı Vladimir Putinə Vaşinqtonda görüşməyi təklif edib, lakin hələlik görüşə hazırlıq başlamayıb".
RBK xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Bu, çox müsbət ideyadır", - deyə Y.Uşakov əlavə edib.
Qeyd edək ki, D.Tramp martın 20-də telefon danışığı zamanı V.Putini prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
Y.Uşakovun sözlərinə görə, görüşün keçirilməsi təşəbbüsü D.Tramp tərəfindən irəli sürülüb.
.
