ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə qarşı qəzəbli olduğunu və hirsləndiyini bildirib.

Bu barədə Tramp “NBC News”-a müsahibəsində deyib.

Tramp Rusiyanı ikinci dərəcəli tariflər tətbiq etməklə hədələyib.

“NBC News”un aparıcısı bildirib ki, Prezident Tramp ona bir neçə saat əvvəl zəng edərək Rusiya liderinə qəzəbli olduğunu deyib:

“Tramp səhər tezdən telefon danışığında qeyd edib ki, əgər o, Ukrayna ilə atəşkəsin əldə edilməməsində Rusiyanın günahkar olduğuna inanarsa, Rusiya neftinə ikinci dərəcəli tariflər tətbiq edə bilər”.
 

.