"Washington Post" nəşri Donald Trampın mümkün prezidentliyinin ilk günündə həyata keçirmək istədiyi konkret vədlərin sayını hesablayıb.

Nəşrin məlumatına görə, Tramp artıq 41 belə vəd verib.

Qəzet yazır ki, seçki kampaniyası zamanı ABŞ prezidentliyinə namizəd Tramp prezident kimi ilk iş günündə müəyyən addımlar atmaq vədlərini 200-dən çox dəfə dilə gətirib.

Bu vədlərdən bəzilərinin hətta qeyri-real olduğu bildirilir.

.