ABŞ prezidenti Donald Tramp sülh sazişini dəstəklədiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan Baş naziri Nikol Paşinyana təşəkkür edib.
Tramp bu barədə öz “Truth” hesabında paylaşım edib.
“Keçən ilin avqust ayında imzaladığımız sülh sazişini dəstəklədiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan baş naziri Nikol Paşinyana təşəkkür etmək istəyirəm. Bu, xoşagəlməz bir müharibə idi və mənim başa vurduğum 8 müharibədən biri idi. Amma indi bizim rifah və sülhümüz var”, - Tramp bildirib.
.
