Donald Tramp Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimini biabırçılıq adlandırıb.
ABŞ-ın keçmiş Prezidenti bunu “Fox News”a açıqlamasında deyib.
Açılış zamanı Leonardo da Vinçinin İsa peyğəmbərdən bəhs edən “Son şam yeməyi” tablosunun parodiyası əsasında hazırlanmış səhnəni tənqid edən Tram deyib: “Mənim dünya görüşüb genişdir, lakin onların təşkil etdikləri açılış mərasimi biabırçılıqdır”.
Tramp həmçinin vurğulayıb ki, ABŞ Prezidenti seçiləcəyi təqdirdə Los-Ancelesdə keçiriləcək 2028-ci il Yay Olimpiya Oyunlarında “Son şam yeməyi”nin parodiyalarına yer olmayacaq.
.