ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahuya zəng etmək niyyətindədir.

Bu barədə Ağ Ev rəhbəri İsrailin 12-ci Kanalına açıqlamasında deyib.

Tramp İsrail ərazisinə raket hücumuna cavab olaraq Netanyahunu İrana hücum etməkdən çəkindirmək istədiyini bildirib:

"İndi Netanyahuya zəng edib deyəcəyəm ki, İrana cavab olaraq hücum etməsin".

Qeyd edək ki, İran atəşkəsdən sonra ilk dəfə İsrailə raketlər atıb.

.