ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-dan çıxmaq istəmədiyini bildirib.

Bunu dövlət başçısı “The Washington Post”un müxbiri Mark Tissenə müsahibəsində deyib.

O qeyd edib ki, alyansın digər üzvlərinin üzərinə düşən ədalətli payın ödənilməsini istəyir. Tramp onun səyləri nəticəsində səkkiz ölkənin ÜDM-nin iki faizini müdafiə xərclərinə ayırdığını vurğulayıb.

.