ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun siyasi həyatının sayılı günləri qaldığını bildirib.

 Tramp bu məsələyə “Politico”ya müsahibəsində toxunub.

O, ABŞ qoşunlarının Venesuelaya daxil olub-olmayacağı ilə bağlı suala cavab vermək istəmədiyini deyib.

“Mən bu barədə danışmıram. Venesuelada əməliyyat keçirib-keçirməyəcəyimizi deyə bilmərəm. Bunu deyə bilərəm ki, o, (Maduro) həbsxanalardan, narkotik tacirlərinin arasında və digər yerlərdən milyonlarla adam göndərib. O, bunu bizim IQ-su çox aşağı olan prezidentimizin vaxtında edib. Bilirsiniz, Bayden IQ-su çox aşağı olan bir adamdır, xüsusilə indilərdə. Yəni, o 30 il bundan əvvəl də IQ-su zəif olan adam idi, amma indi daha da pisləşib. Onun bizim ölkəmizin başına gətirdikləri heç yaxşı deyil”, - Tramp bildirib.

.