
“ABŞ müttəfiqlərini itirib və bütöv bir adada tək qalıb”.
Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Texas ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib
Onun sözlərinə görə, Vaşinqtonun müttəfiqlərinin hamısı Çin və Rusiya ilə bağlıdır:
“Biz hər şeyi itirdik, bütöv adada mütləq təkik. Amma narahat olmayın, hamısını geri qaytaracağam”.
Keçmiş prezident həmçinin qeyd edib ki, hazırkı lider Cozef Bayden ABŞ-ı yoxsul üçüncü dünya ölkəsinə çevirmək istəyir. Tramp Bayden administrasiyasının enerji siyasətini şərh edərkən deyib:
“Amerikalılar düşmənlərimizdən sözün əsl mənasında mərhəmət diləyəcəklər”.
.