ABŞ-da Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Trampın seçki qərargahı Demokratlar partiyasının namizədi Hillari Klintonla 4-cü dəfə debat keçirilməsi təklifini irəli sürüb. 


Teleqraf.com-un xarici mediaya istinadən verdiyi məlumata görə, D.Trampın seçki kampaniyasının meneceri Kellian Konuey daha bir müzakirəyə ehtiyac olduğunu bildirib: "Səmimi deyək, daha bir debat görmək istərdik. Demokratlar münasib vaxt tapsa, biz 4-cü debatı təşkil etmək istərdik. Düşünürəm ki, Hillari Klinton Donald Trampın çağırışına müsbət cavab verəcək”.


Qeyd edək ki, namizədlərin debatlarının final raundu oktyabrın 19-da keçirilib. Seçki kampaniyası çərçivəsində baş tutan 3 debatda namizədlər bir-birinə qarşı sərt ittihamlar səsləndirib. Rəy sorğularına görə, Klinton Trampı reytinqdə qabaqlayır. 


Xatırladaq ki, ABŞ-da prezidentin seçkiləri noyabrın 8-də olacaq. 

.