
İsrail və HAMAS hərəkatının nümayəndələri sülh ABŞ prezidenti Donald Trampın sülh planının birinci mərhələsi ilə bağlı müqavilə imzalayıblar.
Bu barədə ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında məlumat verib.
"Mən qürur duyuram ki, İsrail və HAMAS bizim sülh planımızın birinci mərhələsini imzaladılar. Bu o deməkdir ki, bütün girovlar tezliklə azad olunacaq və İsrail qalıcı, davamlı və daimi sülhə doğru ilk addımlar kimi öz qüvvələrini razılaşdırılmış xəttə çəkəcək", - Tramp yazıb.
.