İranla razılaşma ya möhtəşəm və mənalı olacaq, ya da ümumiyyətlə olmayacaq.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

“Bu razılaşma 2015-ci ildə imzalanmış fəlakətli nüvə proqramı sazişinin tam əksi olacaq. Bu razılaşma uğursuz Obama administrasiyası tərəfindən müzakirə edilmişdi və İran üçün nüvə silahına açıq və birbaşa yol idi”, - Tramp qeyd edib.

.