Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə, İranla dostluq münasibətləri qura biləcəyinə ümid edir.

Yenizaman xarici mətbuata xəbər verir ki, o, bu barədə Nyu Cersidə keçirdiyi mətbuat konfransında bildirib.

“Mən İrana qarşı pis rəftar etmək istəmirəm. Ümid edirəm ki, İranla dostluq münasibətində olacağıq. Bəlkə alınacaq, bəlkə də alınmayacaq”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, yaxşı münasibətlər qurmaq üçün İran nüvə silahına malik olmamalıdır.

.