ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana 300 milyon dollar ödəyəcəyi ilə bağlı məlumatları yalan adlandırıb.
Tramp bu barədə "Truth Social" platformasında yazıb.
“İran nüvə silahına malik olmamağa razılaşıb. ABŞ-ın İrana 300 milyon dollar ödəyəcəyi barədə məlumat qəsdən faktların təhrif edilməsidir”, - deyə ABŞ lideri bildirib.
O, bu məlumatın yayılmasına görə demokratları ittiham edib.
.
