ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp CBS kanalına müsahibəsində Prezident məvacibini almayacağını açıqlayıb. 

AzNews.az xəbər verir ki, Donald Tramp "60 dəqiqə” verilişinin aparıcısının ona "Prezident maaşını alacaqsanızmı?” sualına: "Mən heç vaxt bu məsələni şərh etməmişəm, amma mənim cavabım-yox! Qanunlara görə almalıyamsa, qoy bu 1 dollar olsun.”- deyə cavab verib. 

Aparıcı Trampı 400 min dollardan imtina etdiyini xatırlatdıqda isə, milyarderin cavabı yenidən "yox” olub. 

Hillari Klintonun şəxsi intertnet ünvanı vasitəsilə dövlət əhəmiyyətli yazışmalar aparması məsələsinə gəlincə isə Tramp əlindəki bütün sənədləri prokurorluğa təqdim edəcəyini bəyan edib. 
.