Hörmüz boğazının açılmasından sonra NATO-dan ABŞ Prezidenti Donald Trampa zəng olunub.

Bu barədə Tramp “Truth Social” hesabında yazıb.

O qeyd edib ki, Hörmüz boğazı məsələsi bitib.

“NATO-dan mənə zəng daxil oldu və bizdən köməyə ehtiyacımızın olub-olmadığını soruşdular. Mən onlara dedim ki, sadəcə gəmilərini neftlə doldurmaq istəmirlərsə, uzaq dursunlar. Onlara ehtiyacımız olanda faydasız oldular”, - ABŞ Prezidenti vurğulayıb.

Tramp növbəti dəfə NATO-nu “kağız pələng” adlandırıb.

Eyni zamanda, ABŞ Prezidenti Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə cəsarət və köməyə görə təşəkkür edib.

.