ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhani ilə görüşməyə hazırdır.

Bu barədə Amerika lideri "Reuters" agentliyinə müsahibəsində deyib.

"Əgər Ruhani mənlə görüşmək istəyirsə, o zaman "yaxşı", yox əgər iran lideri dialoqa getmək fikrində deyilsə, o zaman "heç bir işə ehtiyac yoxdur", Tramp bildirib.

ABŞ prezidenti onu da əlavə edib ki, rəsmi Vaşinqtondan Tehrana danışıqların aparılması üçün heç bir müraciət olmayıb.
.