ABŞ prezidenti Donald Tramp bildirib ki, hər gün koronavirus testindən keçəcək.

Bu barədə Ağ Ev rəhbəri keçirdiyi mətbuat konfransında xəbər verib.

"Biz Maykla (ABŞ-ın vitse-prezidenti Penslə-red) test verdik... Biz həftədə bir dəfə yoxlanılırıq, bu, indi hər gün olacaq", - Tramp deyib.

O, həmçinin Ağ Ev əməkdaşlarından birinin koronavirusla yoluxduğunu təsdiqləyib. "Mənim bu centlmenlə çox məhdud əlaqəm var idi", - ABŞ prezidenti əlavə edib. 

Qeyd edək ki, ABŞ prezidentinin köməkçilərindən birinə koronavirus diaqnozu qoyulub. Prezidentin virusa yoluxan köməkçisi ABŞ-ın Hərbi Dəniz Donanmasının qulluqçusudur. 

.