Ağ Evin keçmiş rəhbəri Donald Tramp hüquq-mühafizə orqanlarına müraciət edib.

O, Mar-a-Laqo malikanəsində axtarış zamanı ondan götürülən sənədlərin geri qaytarılmasını tələb edib.

Bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, FTB əməkdaşları içində məxfi sənədlər olan qutuları, habelə icra hakimiyyətinin imtiyazı ilə qorunan materialları müsadirə edib.

“Mən hüquq-mühafizə orqanlarına müraciət edirəm və onlardan bu materialları dərhal geri qaytarmalarını xahiş edirəm”, - deyə Tramp əlavə edib.

Eyni zamanda ABŞ senatorları ölkənin hakimiyyət orqanlarına bu sənədlərə çıxış əldə edilməsi ilə bağlı sorğu göndəriblər.

Sorğu Senatın Kəşfiyyat Komitəsinin rəhbəri Mark Uorner (Virciniya ştatından demokrat) və bu komitənin rəhbər müavini Marko Rubio (Florida ştatından respublikaçı) tərəfindən göndərilib. Qanunverici orqanlar məktubu ABŞ-ın baş prokuroru Merrik Qarlanda və Milli Kəşfiyyatın İdarəsinin direktoru Avril Haynsa təqdim ediblər.

.