Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun xanımına iltifat edib.
Tramp Bricit Makronun yaxşı bədən quruluşuna malik olduğunu deyib.
"Sizin yaxşı bədən quruluşunuz var. Gözəldir. Sizə xoş istirahətlər arzulayıram” – deyə Tramp qeyd edib.
Tramp Parisdə səfərdə olan zaman bu cür ifadələr işlədib.
