ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoqanı dost adlandıraraq, ABŞ və Türkiyənin həmişəkindən daha yaxın olduqlarını bildirib.
"RİA Novosti” verdiyi xəbərə görə, bu barədə D.Tramp R.T.Ərdoğanla Nyu Yorkda keçirdiyi görüşdə bildirib.
"O artıq mənim dostumdur, onun liderliyi çox yüksək qiymətləndirilir”, - deyə Tramp qeyd edib.
"Biz hazırda heç vaxt olmadığımız kimi yaxınıq”, - deyə Tramp əlavə edib.
ABŞ prezidenti Donald Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan həmçinin İraq Kürd Muxtariyyətində müstəqillik referendumuna qarşı çıxış edərək, onun keçiriləcəyi təqdirdə ciddi fəsadlara səbəb olacağını bəyan ediblər.
Bu barədə Ağ Evin Nyu Yorkda D.Tramp və R.T.Ərdoğan arasında baş tutan görüşün yekunlarına dair məlumatda bildirilir.
"Prezidentlər kürd liderlərini bütün məsələlər üzrə intensiv danışıqlar prosesinə başlamağa çağırıblar. ABŞ və Türkiyə bu prosesi qəbul etməyə və hərtərəfli dəstək verməyə hazırdır”, - deyə Ağ Evin məlumatında bildirilir.
.
