
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Çindən gələn mallara rüsumları azaldacağını, lakin istənilən halda tarif dərəcəsinin sıfır olmayacağını bildirib.
Bunu Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“145 % (ABŞ-ın Çindən gələn mallara tətbiq etdiyi cari tariflər – red.) çoxdur, onlar o qədər də yüksək olmayacaq”, - o qeyd edib. "Əlbəttə ki, onlar o qədər də yüksək olmayacaqlar. Rüsumlar əhəmiyyətli dərəcədə aşağı düşəcəklər, lakin sıfır olmayacaq", - Tramp deyib.
.