ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin ona zəng edib.

Bu barədə o, “TIME” a müsahibəsində deyib.

Donald Tramp Çin liderinin tariflərlə bağlı onunla əlaqə saxladığını və administrasiyasının razılığa gəlmək üçün çinlilərlə aktiv danışıqlar apardığını bildirib: "Mən bunun onun adından zəiflik əlaməti olduğunu düşünmürəm”.

O, növbəti üç-dörd həftə ərzində tam sövdələşmələr cədvəlinin açıqlanacağını gözlədiyini bildirib.

Tramp hələ də tariflərin zəruri olduğuna əmin olduğunu vurğulayıb.

.