ABŞ Prezidenti Donald Tramp Rusiya, Almaniya, Hindistan və Çin hökumətlərinə çağırış edib.

TASS agentliyi xəbər verir ki, Pensilvaniya ştatında seçicilər qarşısında çıxış edən Tramp adını çəkdiyi ölkələrdən həlli böyük vəsait tələb etsə də, ətraf mühitin qorumaq üçün hərəkətə keçmələrini istəyib.

Tramp əlavə edib ki, Birləşmiş Ştatlar administrasiyası ətraf mühitin mühafizəsi ilə bağlı nə isə etməyə çalışsa da, digər dövlətlər bu işlə məşğul olmurlar.

“Bizim bu nəhənglikdə planetimiz var. Çin, Hindistan, Rusiya, Almaniya - bütün bu yerlər tüstüləyir. Biz öz işimizi çox mükəmməl görürük, onlar da bunu etməlidirlər”, - deyə Birləşmiş Ştatlar prezidenti qeyd edib.

.