ABŞ Səudiyyə Ərəbistanına Vaşinqtonun NATO-ya üzv olmayan əsas müttəfiqi statusu verib və Krallıqla strateji müdafiə müqaviləsi imzalayıb.
ABŞ Prezidenti Donald Tramp bunu Vaşinqtona səfər edən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman Əl Saudun şərəfinə Ağ Evdə verilən şam yeməyində çıxış edərkən bildirib.
"Səudiyyə Ərəbistanını rəsmi olaraq NATO-ya üzv olmayan əsas müttəfiqlər siyahımıza əlavə etməklə hərbi əməkdaşlığımızı yeni səviyyəyə qaldırdığımızı elan etməkdən məmnunam", - Ağ Ev rəhbəri deyib.
ABŞ Prezidenti həmçinin qeyd edib ki, iki tərəf tarixi strateji müdafiə müqaviləsi imzalayıblar.
.
