ABŞ NATO çərçivəsində siyasətini ciddi şəkildə yenidən nəzərdən keçirməyi planlaşdırır.

Bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Vaşinqton alyansa böyük maliyyə vəsaiti ayırır, lakin müttəfiqlərin dəstəyi kifayət deyil.

Tramp xüsusilə İran məsələsində NATO ölkələrinin ABŞ-ı dəstəkləmədiyini vurğulayaraq bundan narazı olduğunu qeyd edib.

ABŞ prezidenti alyansın gələcəyi ilə bağlı qərarların yaxın zamanda dəyərləndiriləcəyini bildirib.

.