ABŞ Prezidenti Donald Tramp Ukraynaya təhlükəsizlik təminatları çərçivəsində zərurət yaranacağı təqdirdə ABŞ-ın ölkə üzərində hava məkanını bağlaya biləcəyini istisna etməyib.
Tramp bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşün açıq hissəsində jurnalistlərin sualını cavablandırarkən bildirib.
"Əgər buna ehtiyac olarsa, bəli", – ABŞ lideri deyib.
.
